“Fəal ol, sağlam ol, həyat boyu qalib ol!”
17/10/2023
Mingəçevir Tibb Kollecində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “TGT nədir?” layihəsi çərçivəsində təhsil müəssisəsinə yeni qəbul olmuş tələbələr üçün görüş keçirilib.
17/05/202418 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür! Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin müəllimi Afaq Cəfərova bu əlamətdar gün münasibətilə Azərbaycan tarixi fənnindən növbəti dərsi auditoriyadankənar Dövlət Rəmzləri Muzeyində təşkil edib.
Əvvəlcə muzeydə nümayiş etdirilən eksponatlar barədə tələbələrə məlumat verilib.
Qeyd edilib ki, muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, Dövlət Rəmzləri Muzeyində nümayiş etdirilir.
Dərs zamanı bildirilib, bu tarix xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin bərpa edilməsi və Azərbaycan Respublikasının müstəqilliyinin bərqərar olmasını təmsil edir. Bu tarixi anı biz ərazi bütövlüyünü tamamilə bərpa etmiş qalib xalq kimi qeyd edirik. Tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir! Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir.”
Daima müstəqilliyimizi qorumalı və möhkəmləndirməyə çalışmalıyıq!



