Mingəçevir şəhərinin 75 illik yubileyi ərəfəsində ümumşəhər iməciliyi keçirilmişdir
17/10/202318 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür!
19/10/202315 oktyabr – Ümumdünya Əl Yuma Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin bir qrup müəllim və fəal tələbələri Mingəçevir şəhərində fəaliyyət göstərən 3 və 4 saylı tam orta məktəbin ibtidai siniflərində maarifləndirici təlimlər keçirib.
“Fəal ol, sağlam ol, həyat boyu qalib ol!” adlı təlimin əsas məqsədi ümumi gigiyena, əl yuma qaydaları ilə yanaşı gözlərə qulluq, düzgün qidalanma, idman hərəkətləri və.s vərdişlər barədə məktəblilər arasında maraq yaratmaqdır.
İnteraktiv formatda təşkil edilən təlim zamanı məktəblilərə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən nəşr olunan maarifləndirici bukletlər və posterlər paylanılıb.
Təlim məktəblilərin böyük sevincinə səbəb olub.
.



