Rəhbərlik

Mingəçevir Tibb Kollecinin direktoru:

Zeynalov Fikrət Qüdrət oğlu

30 iyun 1962-ci ildə anadan olmuşdur. 1979-1985-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) “Müalicə işi” fakültəsində təhsil almışdır. İxtisasca Dermatoveneroloqdur. 1989-cu ildən 2005-ci ilə qədər Mingəçevir şəhər Dəri-Zöhrəvi Dispanserində stasionar şöbənin müdiri vəzifəsində çalışıb. 2005-ci ildən Mingəçevir Tibb Kollecinin direktoru vəzifəsində çalışır.

Tədris işləri üzrə direktor müavini:

Verdiyeva Mahirə Əşrəf qızı
25 fevral 1969-cu ildə anadan olmuşdur. 1986-1992-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) “Pediatriya” fakültəsində təhsil almışdır. 2000-ci ildən Mingəçevir Tibb Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır

“Tibb bacısının işi” şöbəsin müdiri:

Səfiyarova Xurma Xudayar qızı

22 oktyabr 1964-cü ildə anadan olmuşdur. 1983-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) “Əcazçılıq” fakultəsində təhsil almışdır. 2004-cu ildən Mingəçevir Tibb Kollecində şöbə müdiri vəzifəsində çalışır.

“Laboratoriya diaqnostikası” şöbəsinin müdiri:

Quliyev Azər Xəlil oğlu

14 sentyabr 1970-ci ildə anadan olmuşdur. 1988-1994-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Sanitariya fakultəsində təhsil almışdır. 1996-cı ildən 2021-ci ilədək Mingəçevir Tibb Kollecində Təcrübə rəhbəri vəzifəsində çalışmışdır. 2021-ci ildən Mingəçevir Tibb Kollecində şöbə müdiri vəzifəsində çalışır.

Təcrübə rəhbəri:

Məmmədova Leyla Zülfüqar qızı

24 iyun 1970-ci ildə anadan olmuşdur. 1987-1992-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) “Əcazçılıq” fakultəsində təhsil almışdır. 2021-ci ildən Mingəçevir Tibb Kollecində təcrübə rəhbəri vəzifəsində çalışır.