“Laboratoriya diaqnostikası” istisası
Mingəçevir Tibb Kollecində 1994-cü ildən fəaliyyət göstərir.
İxtisas: Feldşer-laborant
Peşə-ixstisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il (tam orta təhsil bazasında)
İxtisas kodu: 040705
Məzunların peşə fəaliyyəti

“Laboratoriya diaqnostikası” şöbəsinin məzunu müalicə-profilaktika və  sanator-kurort müəssisələrinin, tibbi elmi-tədqiqat insitutlarının, GEM, hospital, tibb mərkəzlərinin kliniki, biokimyəvi, bakterioloji, sitoloji, və seroloji laboratoriyalarında fəaliyyət göstərə bilər.

Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri

– Feldşer-laborant
– Laborant
– Tibbi statistik

“Laboratoriya diaqnostikası” ixtisasının məzunu bilməli və bacarmalıdır

•    Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi-normativ aktları;
•    Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
•    Mikrobiologiyanın əsaslarını;
•    Tibb müəssisələrində sanitar-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alətlərin sterilizasiya şərtlərinə riayət etməyi;
•    Laborator cihazların və aparatların işlək vəziyyətdə olmasının yoxlanılması;
•    Müayinə cihazlarını, həmçinin müasir avtomat, yarımavtomat cihazları işlətməyi;
•    Təhlükəsizlik texnikası qaydalarını;
•    Laboratoriya sənədlərinin və müayinə blanklarının doldurulmasını;
•    Dezinfeksiyaedicilərin xüsusiyyətlərini və onların işlənməsi qaydalarını;
•    Boksda işin xüsusiyyətlərini;
•    Qoruyucu paltarların istifadəsini;
•    Steril işçi geyiminin istifadəsini;
•    Bioloji materialı qəbul etməyi və qeydiyyata almağı;
•    Yeni laborator müayinə üsullarını;
•    Hematoloji, biokimyəvi, mikrobioloji, immunoloji, histoloji laborator müayinələrin aparılmasını;
•    Reaktivlərin seçilməsi, saxlanması, hazırlanması və keyfiyyətinin yoxlanılması;
•    Ümumi klinik laborator müayinələrin aparılmasını;
•    Müayinələrin cavablarının yazılmasını, saxlanılmasını, pasientlərə və şöbələrə çatdırılmasına nəzarət edilməsini;
•    İşlənmiş materialın dezinfeksiya və zərərsizləşdirməyi;
•    Yoluxucu materialla işləmə qaydasını;
•    Bioloji materialın götürülmə üsullarını;
•    Dezinfeksiyaedici məhlulları hazırlamağı;
•    Qidalı mühitlərin hazırlanmasını;
•    Pasientlərdən bioloji materialların götürülməsi, toplanması, daşınması və saxlanması;
•    Bioloji materialın laborator müayinəsini həyata keçirməyi;
•    Mikrob koloniyasını yetişdirməyi, istifadə olunmuş biloloji materialların atılması və utilizasiyasını;
•    Müayinələrin keyfiyyətinə nəzarət etməyi, analizlərin düzgünlüyünü və etibarlılığını təmin etməyi;
•    Tibbi sənədləri tərtib etməyi;
•    Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardım göstərməyi.

Tədris olunan fənlər

•    İnsanın normal anatomiya və fiziologiyası
•    Ümumi və xüsusi patologiya
•    Farmakologiya reseptura ilə
•    Tibbi genetika
•    Laborator işlərin texnikası
•    Kliniki laborator müayinə üsulları
•    Biokimya, biokimyəvi müayinə üsulları ilə
•    Mikrobiologiya, mikrobioloji müayinə üsulları ilə
•    Tibbi parazitologiya
•    Gigiyena sanitar gigiyenik müayinə üsulları ilə
•    İlk tibbi yardım
•    Histologiya, histoloji müayinə üsulları ilə
•    Sitoloji müayinə üsulları
•    Analitik kimya
•    Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
•    Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
•    Azərbaycan tarixi
•    Xarici dildə işgüzar və akademik kommunikasiya
•    Hüququn əsasları
•    İnformasiya texnologiyaları