
Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində Mingəçevir şəhərinin yaranmasının 75 illiyi münasibətilə təşkil edilən növbəti Ümumşəhər iməciliyi
12/06/2024
Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin könüllüləri “İnsultu gözdən qaçırma!” adlı maarifəndirici aksiya keçiriblər.
12/06/2024Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində tədbirlər planına uyğun olaraq “Vətən müharibəsinin üçüncü ildönümü” münsibətilə kollec tələbələri arasında “Dama” yarışı keçirilib. Yarışdan öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Kollecin direktoru Fikrət Zeynalov giriş sözü ilə çıxış edərək, Vətən müharibəsinin başlanması, cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, Azərbaycan ordusunun rəşadəti, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına qazanılmış Zəfər haqqında tələbələrə geniş məlumat verib.
Daha sonra bütün ixtisaslar üzrə təhsil alan tələbələr arasında yarış başlayıb. Yarışda qalib gələn tələbələr Kollecin direktoru Fikrət Zeynalov tərəfindən simvolik kubok və Fəxri Fərmanla təltif olunub.









