Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin bir qrup fəalı, “Ulu öndər Heydər Əliyevin 100 illiyi” çərçivəsində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyada iştirak edib.
11/10/2023Mingəçevir şəhərinin 75 illik yubileyi ərəfəsində ümumşəhər iməciliyi keçirilmişdir
17/10/2023Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində Mingəçevir şəhərinin yaranmasının 75 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
Bu tədbirlərin davamı olaraq Mingəçevir Tibb Kollecində 11 oktyabr 2023-cü il tarixində kollec əməkdaşları və tələbələrin şəhər veteranları ilə görüşü təşkil olunub.
Görüşdən əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov açaraq iştirakçıları və qonaqları salamladı, Mingəçevir şəhərinin yaranması, inkişafı və gələcək perspektivləri barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Fikrət Zeynalov qeyd edib ki, Mingəçevirin bir şəhər kimi yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Hər iki hakimiyyəti dövründə Ulu Öndər Mingəçevirə xüsusi qayğı ilə yanaşıb, şəhərdə aparılan quruculuq işlərini daim diqqətdə saxlayıb. Bu gün də həmin diqqət və qayğı cənab prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Daha sonra tədbir şəhər ağsaqqalları, əmək və vətən müharibəsi veteranlarının çıxışları ilə davam edib.
Görüş tələbələrin böyük marağına səbəb olduğundan, belə görüşlərin davamlı olmasını bildiriblər.



