Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin “Əczaçılıq” ixtisasının tələbələri üçün növbəti dərs auditoriyadan kənar, açıq havada keçirilib.
11/10/2023Mingəçevirin 75 illik yubileyi çərçivəsində şəhər ağsaqqalları, əmək və müharibə veteranları ilə görüş keçirilib
17/10/2023Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin bir qrup fəalı, “Ulu öndər Heydər Əliyevin 100 illiyi” çərçivəsində 2023-cü il oktyabr ayının 10-da YAP Mingəçevir şəhər təşkilatının gənc partiya fəalları üçün Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyada iştirak edib.
Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.



