“Sağlam ailə məktəbi”
28/09/2023Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin bir qrup fəalı, “Ulu öndər Heydər Əliyevin 100 illiyi” çərçivəsində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyada iştirak edib.
11/10/2023Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin “Əczaçılıq” ixtisasının tələbələri üçün növbəti dərs auditoriyadan kənar, açıq havada keçirilib. “Farmakoqnoziya” fənnini tədris edən müəllim Ofeliya Şirinovanın təşkil etdiyi bu dəfəki dərsin əsas məqsədi, mövsümü bitki mənşəli dərman xammallarının yığılması, toplanması və qurudulması mövzusunu əhatə edib.
Müəllim O.Şirinova kollec ərazisində təcrübə məqsədi ilə yetişdirilən dərman bitkilərinin əhatəsində keçirilən dərslərin tələbələr üçün daha maraqlı və faydalı olduğunu qeyd edərək, tədris ili boyu fərqli məkanlarda dərslərə davam edəcəklərini bildirib.
Dərs prosesində əldə etdikləri nəzəri biliklərini möhkəmləndirmək məqsədilə praktik tapşırıqları həll edən tələbələr dərsin daha maraqlı, interaktiv metodla keçirilməsindən razı olduqlarını və davamlı olmasını istədiklərini bildiriblər.



