Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində 26 sentyabrda 2023-2024-cü tədris ilində Mingəçevir Tibb Kollecinə qəbul olmuş tələbələrin ilk dərs günü qeyd edilib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Kollecin direktoru Fikrət Zeynalov tələbə adını qazanaraq kollecə qəbul olmuş tələbələri və onların valideynlərini təbrik edib, kollecin uğurları, təlim-tədris prossesləri barədə ətraflı məlumat verib, yeni tədris ilində bütün tələbələrə müvəffəqiyyətlər arzulayıb.