Mingəçevir Tibb Kollecinin kitabxanası ictimai siyasi tarixi, tədris, metodiki və bədii ədəbiyyat fonduna malikdir. Vahid kitabxana fondunda 6100-dən artıq kitab mövcuddur.
Kitabxana oxucu auditoriyamızın sayı isə 700-dən artıqdır. Bura müəllim kollektivi, inzibati işçilər və əlbətdəki ən əsası tələbələr daxildir.
Kitabxana otağı mebel və texnoloji avadanlıqla təmin olunmuşdur. Onların (kompüter, skanner, printer və s.) daim işlək vəziyyətdə olması kitabxanaçı tərəfindən nizamlanir.
Hər tədris ilinin kitabxana hesabatı hazırlanır və kollecin direktoru tərəfindən imzalanıb möhürləndikdən sonra Azərbaycan Respublikasının Dövlət Elmi kitabxanasına təqdim olunur.
Tələbələri daim maarifləndirmək və təbliğat məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarışa əsasən rəsmi bayram və xatirə anım günlərində kitabxanada müntəzəm olaraq kiçik stend guşə hazırlanır. Tibb elminin inkişafı yolunda böyük nailiyyətlər qazanan elm xadimlərinin yeni nəşr olunmuş kitab və məqalələrinin təbliğatı da aparılır.
Ginekologiya
Müəllif: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti
Mikrobiologiya və mikrobioloji müayinə üsulları
Müəllif: H.H.İbrahimov, A.B.Şükürov, S.Q.Orucov, K.İ.Əhmədova, L.H. İsmayılova
Uşaq xəstəlikləri
Müəllif: 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi K.F.Hacıyeva və “Uşaq xəstəlikləri”fənn birləşməsi müəllimləri
Нервные и психические болезни с основами медицинской психологии
Müəllif: Г.В.Морозов, В.А.Ромасенко