
Mingəçevir Tibb Kollecinə qəbul olmaq üçün lazım olan sənədlər
04/09/2024Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində Bilik Günü keçirilib!
23/10/2024Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinə qəbul olmuş bütün tələbələri təbrik edirik.
Qeydiyyat portal.edu.az saytı vasitəsilə, 09.09. 17.09.2024-cü il tarixində saat 18:00 kimi həyata keçirilir.
Tələbələr kollecə gələ rkən aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
1.Tam orta təhsil haqqında sənədin əsli və surəti;
2.Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd;
3. 3×4 ölçüdə şəkil- 3 ədəd;
4. Sağlamlıq haqqında tibbi arayış;
5.Ödənişli əsaslarla qəbul olunmuş tələbələr üçün ödəniş qəbzi
6. 1ədəd kağız qovluq
Ödənişli əsaslarla qəbul olunmuş güzəştli kateqoriyaya aid olan tələbələr:
1.Azərbaycan Respublikasının ərazi bütövlüyünün , müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları
2.Valideynlərini itirmiş uşaqlar
3.Valideyn himayəsindən məhrum olan uşaqlar
4. I və II qrup əlilliyi olan şəxslər
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar
5. Şəhid ailəsinin üzvləri
6. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları
7.Müharibə veteranları
Portal edu.az. saytından keçin. Təstiq mesajı gəldikdən sonra kollecə sənədlərinizi təqdim edin
Ətraflı məlumat üçün sn-mtk.az saytından tanış ola bilərsiniz.
#SəhiyyəNazirliyi#MingəçevirTibbKolleci



