
Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur.
22/06/2024
“Hər yaşda gənc qalaq!”
22/06/2024Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin müəllim və tələbələrindən ibarət qrup 25 yanvar 2024-cü ildə Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində “Qızılcaya peyvəndlə qalib gələk!” adlı məlumatlandırıcı aksiya keçiriblər. Aksiya çərçivəsində Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə ayrı-ayrı qruplar şəklində valideynlər, müəllimlər və şagirdlərlə görüşlər keçirilib, bukletlər paylanıb, qızılca xəstəliyin yaranma səbəbləri, simptomları və əlamətləri, müayinə, müalicə prossesləri barədə söhbətlər aparılıb. Eyni zamanda qızılcadan qorunmağın ən effektiv yolu Milli Peyvənd Təqviminə uyğun olaraq 1 və 6 yaşda tətbiq edilən peyvəndlər barəsində məlumat verilib.
Aksiya zamanı iştirakçılara Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən peyvəndlərin keyfiyyəti və qoruyuculuğu barədə ətraflı məlumat verilib.
Həmçinin, Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatlarının Azərbaycana gətirildiyi barədə də aksiya iştirakçılarına məlumat verilib.















