Mingəçevir Tibb Kollecində Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “Rəsm və əl işləri” sərgisi keçirilib.
22/11/2024Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində Mingəçevir İcra Hakimiyyəti ilə birlikdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli, kollecin şöbə müdiri Xurma Səfiyarova , tyutor Güney Məmmədova çıxışlar ediblər.
Çıxışlarda qeyd olunub ki, Gender əsaslı zorakılıq struktur və mədəni şiddətin ən çox yayılan formasıdır. Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla mübarizəyə cəlb etmək məqsədi ilə hər ilə 25 noyabr- 10dekabr tarixləri arasında kampaniya keçirilir. Bu 16 gün ərzində davam edir və ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin keçirilməsi ilə yadda qalır.