28 May müstəqillik Günü
01/07/2024“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirdən videokadrlar
01/07/2024Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kolleci tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti dəfə “Azərbaycan Bayrağı” Ordenli şəhid Yaşar Məmmədzadə adına şəhər stadionunda “Yaşıl dünya naminə həmrəylik ili” ilinə həsr olunan intellektual yarış keçirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Fikrət Zeynalov ölkəmizin yaşıl enerji zonalarından, COP-29 kimi beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsinin əhəmiyyətindən danışıb, həmçinin gündəlik həyatımızda ətraf mühitin təmizliyi və təbiətin qorunmasının önəmini diqqətə çatdırıb və tələbələrə yarışda müvəffəqiyyətlər arzulayıb.
Yarışda kollecin tələbələrindən ibarət 8 komanda mübarizə aparıb. Onlar COP-29, “yaşıl dünya”, ümumi dünya görüşü ilə bağlı sualları cavablandırıblar.
Final mərhələsinə qalan “Səma” və “Alov” komandalarının yarışında “Səma” komandası yüksək nəticə ilə qalıb gələrək keçici kubok qazanıblar. Həmçinin hər iki komandanın üzvlərinə fəxri fərman və hədiyyələr təqdim olunub.
Kollecin fəal tələbələrindən Yaxşı Mustafayeva raundlararası fasilədə müxtəlif musiqi parçaları səsləndirib.
Eyni zamanda kollecin əməkdaşlarından ibarət komandalar arasında keçirilən dostluq görüşündə “Uludağ” komandası qalib gəlib.