Mingəçevir Tibb kollecinin şəhid məzunu Nofəl Nuriyevin ailəsi kolleci ziyarət edib.
27/06/202426 aprel 2024-cü il tarixində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi.
27/06/2024Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində 26 aprel 2024-cü il tarixində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə “101 il- 101 misra” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov tədbir iştirakçılarını və qonaqları salamlamış, akademik Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti barədə məlumat verib.
Tədbirdə görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto, video, sənədli filmlərdən hissələr nümayiş olunub.