
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin Əczaçılıq ixtisasında növbəti açıq dərs keçirilib.
21/06/2024
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 26 dekabr tarixində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə alan uşaqlarla birgə yeni il şənliyi keçirilib.
22/06/2024Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecində 08 dekabr 2023-cü il tarixdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq tədbir keçirilib.
Tədbirdən öncə Kollecin rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Daha sonra kollecdə “Xalqa bağışlanan ömür” adlı dəyirmi masa keçirilib.
Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə kollecin direktoru Fikrət Zeynalov açaraq, Ulu Öndərin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbir çıxışçıların nitqi ilə davam edib. Sonda ulu öndər Heydər Əliyev haqqında “Vətənə, xalqa həsr edilən ömür” adlı qısametrajlı film nümayiş etdirilib.
















