
“Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzsunda dəyirmi masa keçirilib.
13/09/2023Tələbələr kollecə gələrkən aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
- Tam orta təhsil haqqında sənədin əsli;
- Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd;
- 3×4 ölçüdə şəkil- 3 ədəd;
- Sağlamlıq haqqında tibbi arayış;
- Ödənişli əsaslarla qəbul olunmuş tələbələr üçün ödəniş qəbzi
Ödənişli əsaslarla qəbul olunmuş güzəştli kateqoriyaya aid olan tələbələr:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün , müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları
- Valideynlərini itirmiş uşaqlar
- Valideyn himayəsindən məhrum olan uşaqlar
- I və II qrup əlilliyi olan şəxslər
- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar
- Şəhid ailəsinin üzvləri
- Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları
- Müharibə veteranları


